Tramp Rusiyaya Alyaskada faydalı qazıntıların çıxarılmasını təklif etməyə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

ABŞ Rusiyaya Alyaskada nadir torpaq minerallarının işlənməsini
təklif etmək niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə “The Daily Telegraph” qəzeti xəbər
verib.




Məlumata əsasən, Amerika prezidenti Donald Tramp Alyaskada
keçiriləcək sammit zamanı belə bir razılaşmanı Rusiya prezidenti
Vladimir Putinə təqdim etməyə hazırlaşır.

Qəzetin mənbələrinə görə, Amerika liderinin başqa bir təklifi
Rusiyada mülki aviasiya təyyarələrinə xidmət üçün ehtiyat hissələri
və avadanlıqların tədarükünə qoyulan qadağanın aradan
qaldırılmasını nəzərdə tutur. Qeyd edilib ki, belə bir razılaşma
Amerikanın “Boeing” konserni üçün çox sərfəli ola bilər.