
Bakı. Trend:
ABŞ hakimiyyəti Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti üçün
bir neçə gün müddətinə zəruri olan maliyyə əməliyyatlarına qarşı
sanksiyaları ləğv edib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
Bildirilib ki, bu cür əməliyyatlara 20 avqust 2025-ci il
tarixinədək icazə verilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti
Vladimir Putinin cümə günü Alyaskada danışıqlar aparacağı
bildirilirdi.