
Fransanın PSJ klubu İngiltərənin “Tottenhem”inə qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun sahibi olub.
“Report”un məlumatına görə, İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Bundan sonra qalibi penaltilər seriyasında müəyyən etmək lazım gəlib ki, burada da fransızlar daha dəqiq olublar.

