
Bakı. Trend:
Cənubi Koreya və Vyetnam 20 ədəd Cənubi Koreyanın “K9”
özüyeriyən artilleriya qurğusunun tədarükü üçün 250 milyon
dollarlıq müqavilə imzalayıblar.
Trend-in
məlumatına görə, bu barədə “Yonhap” agentliyi hərbi sənaye
kompleksindəki mənbələrə istinadən xəbər verib.
Qeyd olunub ki, Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti
Vyetnamla müqaviləni iyulun sonunda imzalayıb. Cənubi Koreya
əvvəllər istismardan çıxarılan hərbi texnikanı Vyetnama köçürüb,
lakin bu, ilk ixrac müqaviləsidir.
Vyetnam “K9” özüyeriyən silahı istifadə edən 11-ci ölkə olacaq.
Bu ölkələrə Koreya Respublikası ilə yanaşı, Avstraliya, Misir,
Hindistan, Norveç, Polşa, Rumıniya, Türkiyə, Finlandiya və Estoniya
da daxildir. “K9” ilk dəfə olaraq Cənub-Şərqi Asiya ölkələrinə
çatdırılacaq.