
Bakı. Trend:
Peru məhkəməsi korrupsiyada ittiham olunan sabiq prezident
Martin Vizkarraya 5 ay həbs cəzası verib.
Trend-in
məlumatına görə, bu barədə Peru Məhkəməsinin “X” sosial
şəbəkəsindəki səhifəsində bildirilib.
“Məhkəmə keçmiş prezident Martin Vizkarra Kornexonu rüşvət
almaqda şübhəli bilinərək 5 aylıq həbs-qətimkan tədbiri seçib”, –
deyə qeyd olunub.
İstintaqın məlumatına görə, Vizkarra Mokequa departamentinin
qubernatoru olduğu müddətdə (2011-2014) müxtəlif layihələrin həyata
keçirilməsi üçün tenderlərdə iştirak edən şirkətlərdən rüşvət alıb.
Baş Prokurorluq onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib. Vizkarra özünü təqsirli bilməyib.