
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşma ikitərəfli münasibətlərin inkişafı baxımından çox müsbət hadisədir.
Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.
Diplomat vurğulayıb ki, Vaşinqton görüşü ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında çox tarixi bir sammiti idi:
“Baş nazirimiz Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng etdi və bu nailiyyət münasibətilə təbriklərimizi çatdırdı. Biz bu müsbət inkişafı alqışlayırıq”.