KİV: Zelenski Londona səfər edib, Baş nazirlə görüşəcək

Baş səhifə

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün özünün Londondakı iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Onların danışıqlarının mövzusunun Putin-Tramp görüşünün olacağı qeyd edilib.

Qeyd edək ki, Ukrayna Prezidentinin Böyük Britaniyaya əvvəlcədən elan olunmamış səfəri gerçəkləşib.