
Bakı. Trend:
Ötən il turizm məqsədilə Azərbaycana gələn əcnəbi turistlərin
turizm məqsədilə çəkdiyi xərclər 3,4 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 964,3
milyon manat və ya 39,5% çoxdur.
Eyni zamanda ötən il xarici ölkələrə gedən Azərbaycan
vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərclər isə 2,2 milyard
manat təşkil edib.
Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən 725,8 milyon manat və
ya 48,6% artım deməkdir.

