
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 3 624 elektron xidmət göstərib.
Bu barədə “Report”un yerli bürosuna qurumdan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur.