Rostova PUA hücumu nəticəsində 13 nəfər xəsarət alıb

Baş səhifə

Rostov-na-Donu şəhərinə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 13 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusar “Telegram” kanalında bildirib.

“Dəqiqləşdirilmiş məlumata görə, iki yaralı şəhərin tibb müəssisələrinə çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Daha 11 yaralı hazırda xəstəxanaya aparılır. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdiriləcək”, – o qeyd edib.

Y.Slyusarın sözlərinə görə, Rostova PUA hücumundan sonra Telman və Lermontovskaya küçələrində bir neçə çoxmənzilli ev zədələnib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir