“Çelsi” klubu Dioqu Jotanın ailəsinə yardım edəcək

Baş səhifə

London təmsilçisi “Çelsi” klublararası dünya çempionatında qələbəyə görə qazanılan mükafatın bir hissəsini “Liverpul”un vəfat etmiş futbolçusu Dioqu Jota və onun qardaşı Andre Silvanın ailəsinə bağışlayacaq.

“Report” xəbər verir ki, bu barədə “The Athletic” internet nəşri məlumat yayıb.

Jotanın ailəsi təxminən 13,3 milyon avro alacaq.

Dioqu Jota qardaşı ilə birlikdə İspaniyada avtomobil qəzasında faciəli şəkildə vəfat edib.

Xatırladaq ki, “Çelsi” klublararası dünya çempionatının finalında PSJ-ni 3:0 hesabı ilə məğlub etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir