“Ferentsvaroş”un sabiq futbolçusu: “Qarabağ” beynəlxalq təcrübəyə malik komandadır”

Baş səhifə

“Qarabağ” zəngin beynəlxalq təcrübəyə malik komandadır.

“Report” xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” klubunun sabiq futbolçusu İqor Haratin deyib.

Klubun rəsmi saytına müsahibə verən 30 yaşlı ukraynalı yarımmüdafiəçi komandanın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi haqqında fikirlərini bölüşüb:

“Qarabağ”la matçlar çətin olacaq. Söhbət zəngin beynəlxalq təcrübəyə malik olan komandadan gedir. Bu səbəbdən “Ferentsvaroş”u asan qarşılaşmalar gözləmir. Buna baxmayaraq, kollektivin qalib gəlmək üçün lazımi keyfiyyəti var”.

Qeyd edək ki, “Qarabağ” bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir