Fransalı futbolçu UEFA Superkuboku oyunundan sonra irqçiliyə məruz qalıb

Baş səhifə

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Matis Tel irqçiliyə məruz qalıb.

“Report”un məlumatına görə, London təmsilçisi yaydığı bəyanatda bunun Fransanın PSJ komandasına uduzduqları UEFA Superkuboku matçından sonra yaşandığını bildirib.

Klub fransalı oyunçuya dəstək olub və həmin şəxslərin müəyyən edilməsi üçün səlahiyyətli təşkilatlarla çalışacağını bəyan edib.

Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Paris klubu rəqibini penaltilər seriyasında üstələyib. “Tottenhem”də Matis Tel də 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir