Azərbaycan 7 ayda xarici vətəndaşlara 6 milyon manata yaxın ƏDV geri qaytarıb

Baş səhifə

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 5 milyon 874 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir