Kreml Alyaskada Putin-Tramp danışıqlarının başlama vaxtını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin
sabahkı Alyaska görüşü Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı
ilə 23:30) baş tutacaq.

Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin
köməkçisi Yuriy Uşakov bildirib.




O qeyd edib ki, tərcüməçilərin iştirakı ilə söhbət təkbətək
başlayacaq.

“Daha sonra nümayəndə heyətlərində danışıqlar aparılacaq və
onlar iş səhər yeməyində davam edəcək”, Uşakov əlavə edib.