Fransa klubunun hücumçusu İngiltərə təmsilçisinə keçə bilər

Baş səhifə

Fransanın “Renn” klubunun futbolçusu Arno Kalimuendo İngiltərənin “Nottinqem Forest” komandasına keçə bilər.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa klubu 23 yaşlı hücumçu üçün 30 milyon avro təklif etməyə hazırdır. Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, Arno Kalimuendo 2024/2025 mövsümündə “Renn”də 34 matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Liqa 1 təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir