Ərdoğan NATO-nun Baş katibi ilə İstanbul danışıqlarını müzakirə etdi

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark
Rutte ilə telefon danışığı aparıb.

Trend xəbər
verir ki, bu haqda Türkiyə liderinin mətbuat xidməti məlumat
yayıb.

Danışıqda Ukrayna ilə Rusiya arasındakı müharibə ilə bağlı son
hadisələr, regional və qlobal məsələlər müzakirə edilib.




Ərdoğan Ukrayna ilə Rusiya arasında daimi atəşkəsə nail olmaq
üçün Türkiyənin başlatdığı İstanbul danışıqlarında irəliləyiş əldə
edildiyini ifadə edərək, bu prosesin humanitar sahədə də müsbət
irəliləyişlərə şərait yaradacağına inandığını bildirib.

Alyansın rəsmisi ABŞ Prezidenti Donald Tramp və Rusiya
Prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska Sammitini
dəyərləndirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir