Konfrans Liqası: “Omoniya” – “Araz-Naxçıvan” oyununda hesab açılıb – YENİLƏNİB

Baş səhifə

Kiprdə yerli “Omoniya” və “Araz-Naxçıvan” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

“Report”un məlumatına görə, matçda ilk qolu meydan sahibləri vurub.

9-vu dəqiqədə Villi Semedo fərqlənib.

Kiprdə yerli “Omoniya” və “Araz-Naxçıvan” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

“Report”un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qarşılaşmanı danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir. Naxçıvan klubu Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzub.

Cütün qalibi Avropa Liqasında mübarizə aparan PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq.