Kamçatkada 5,2 maqnitudada zəlzələ olub

Baş səhifə

Kamçatkada 5,2 maqnitudada zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 414 km aralıda qeydə alınıb.

Yeraltı təkanlar 63,8 km dərinlikdə yerləşib.