
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putinlə görüşün uğursuzluqla
nəticələnməsi ehtimalı 25 faizdir.
Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
Nəticə uğurlu olarsa, o, Ukrayna Prezidenti Volodimir Zelenskini
üçtərəfli görüş üçün Alyaskaya dəvət edə biləcəyini açıqlayıb.
ABŞ lideri əlavə edib ki, Putinlə birgə mətbuat konfransının
keçirilməsinə hələ qərar verilməyib.

