
Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ hücumu
nəticəsində zədələnmiş nüvə obyektlərinin yoxlanmasına icazə
verilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Tehrana bu
prosesin dəqiq necə aparılacağını izah etməlidir.
Trend-in “Tasnim”
agentliyinə istinadən verdiyi məlumata görə, Araqçi qeyd edib ki,
müharibədən sonra İranla BAEA arasındakı münasibətlərdə müəyyən
dəyişikliklər baş verib və ölkənin nüvə obyektləri hücuma məruz
qalaraq zədələnib.
“Agentlik həmin obyektləri hansı qaydada yoxlayacağını
açıqlamalıdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu obyektlərin
təftişinə icazə verməzdən əvvəl BAEA ilə əməkdaşlıq üçün yeni
çərçivə müəyyənləşdirilməlidir”, – deyə nazir vurğulayıb.