Böyük Britaniyanın ABŞ-a ixracı son üç ildə ən aşağı səviyyəyə düşüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın tətbiq etdiyi yüksək tariflərdən sonra Böyük Britaniyanın
ABŞ-a ixracı son üç ildə ən aşağı səviyyəyə düşüb.

Trend
“Independent”ə istinadla xəbər verir ki, bu ilin iyun ayınadək olan
üç aylıq dövrdə ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
13,5 faiz azalıb və satışlar 2 milyard funt sterlinq aşağı
olub.




Genişmiqyaslı tariflər nəticəsində Böyük Britaniyanın əksər
sektorlarında, qida və içki məhsullarından tutmuş kimyəvi maddələrə
qədər ABŞ-a ixrac edilən mallara əlavə 10 faiz rüsum tətbiq olunub.
Bununla yanaşı, polad və alüminium ixracına hələ də 25 faiz gömrük
vergisi qüvvədə qalır.

Britaniya Ticarət Palatasının (BCC) açıqlamasına görə, iyuna
qədərki üç ayda yol-nəqliyyat vasitələrinin ixracı 29 faiz, kimyəvi
məhsulların ixracı isə 24 faiz azalıb.