
Bakı. Trend:
Hindistanın Baş naziri Narendra Modi bəyan edib ki, nüvə şantajı
artıq ölkənin təhlükəsizlik sahəsində qəbul etdiyi qərarlara təsir
göstərməyəcək.
Trend xəbər verir ki, Modi bu
fikirləri Hindistanın Müstəqillik Günü münasibətilə etdiyi çıxışda
səsləndirib.
“Hindistan qərara gəlib ki, nüvə şantajına dözməyəcək. Bu, uzun
müddətdir davam etsə də, biz artıq buna boyun əyməyəcəyik”, – deyə
o bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, “terrorçular və onların
havadarları əsla bağışlanmayacaq və onlara eyni münasibət
göstəriləcək”, Hindistan isə “nüvə təzyiqinə tabe olmayacaq”.

