Avropa ölkələri “Snapback” mexanizmində müdaxilə edə bilməzlər – Aref

Baş səhifə

Bakı. Trend:

Avropa üçlüyünün İran əleyhinə BMT Təhlükəsizlik Şurasının
sanksiyalarının aktivləşdirilməsini nəzərdə tutan “Snapback”
mexanizminin tətbiq olunması ilə bağlı hüquqi cəhətdən müdaxilə
etmək haqqı yoxdur.

Trend-in
məlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza
Aref bu gün Qırğızıstanda Rusiya baş naziri Mixail Mişutsinlə
görüşdə deyib.

Onun sözlərinə görə, Avropanın üç ölkəsinin (Böyük Britaniya,
Fransa və Almaniya) təklifi praktiki olaraq İranın nüvə proqramı
əleyhinədir.




Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə
əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və
Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub.
2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin
ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran
2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin
olmayacağını elan edib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü
müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin
planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.
Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT
Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT
Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,
İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.
Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi
əməliyyat icazəsi verir.