
Bakı. Trend:
İran və Rusiya beynəlxalq nəqliyyat dəhlizlərini, turizm
nəqliyyatını diqqət mərkəzində saxlaya bilərlər.
Trend-in
məlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza
Aref bu gün Qırğızıstanda Rusiya baş naziri Mixail Mişutsinlə
görüşdə deyib.
Onun sözlərinə görə, iki ölkənin əməkdaşlıq üçün böyük
əməkdaşlıq potensialı var.
Aref deyib ki, İran və Rusiya əməkdaşlığı Hərtərəfli Strateji
Proqramı,çərçivəsində diqqət mərkəzində saxlanılmalıdır.
İranlı rəsmi bildirib ki, iki ölkənin enerji sektorunda da
əməkdaşlıq imkanları mövcuddur.