
Bakı. Trend:
İran Cənubi Qafqazda, qonşu və region ölkələri arasında
gərginliyin azaldılması, dostluq və səmimi münasibətlərin qurulması
üçün istənilən əməkdaşlıq və anlaşmanı müsbət qarşılayır.
Trend-in
məlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza
Aref bu gün Qırğızıstanda Rusiya baş naziri Mixail Mişutsinlə
görüşdə deyib.
Onun sözlərinə görə, İranın qənaətincə, bütün Qafqaz və Orta
Asiya ölkələri bir-birləri ilə sülh və sabitlik şəraitində yaşaya
bilərlər.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.