
Bakı. Trend:
Avqustun 15-də səhər saatlarında Pakistanın şimal-qərbində güclü
yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 15 nəfər ölüb,
daha 17 insan itkin düşüb.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, ölkənin Xiber Paxtunxva əyalətində çoxlu sayda ev
suyun altında qalıb.
Xilasedicilər bildiriblər ki, bu əyalətdə azı 8 nəfər ölüb, 4
nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb.
Qeyd edilir ki, yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin
düşənlərin axtarışı isə davam edir.