
Sakinlər kəndə qayıdışın sevinc dolu həyəcanını yaşayırlar.
Bunu “Report”un Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında Kolatağ kənd sakini Vilayət Ələkbərov deyib.
O, doğma kəndə qayıdışın sevincini sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb:
“Çox həyəcanlıyam. 30 ildən çox kəndimizə, öz ocağımıza dönəcəyimiz günün xəyallarını qurduq. Bəzən kəndi gördüyümüz yuxuların təsirindən uzun müddət çıxa bilmirdik. Çox şükür, Kolatağa qayıdışımız artıq yuxu deyil, reallıqdır”.