
Bakı. Trend:
Çin Xalq Respublikasının Dövlət Şurası elm və texnologiya
sahəsində gənc əcnəbi mütəxəssislər üçün yeni viza kateqoriyasının
tətbiqi barədə qərar qəbul edib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, müvafiq qərarı Çin Xalq Respublikası
Dövlət Şurasının Baş naziri Li Tsyan imzalayıb.
Sənədə əsasən, Çinin viza sisteminə gənc elmi-texniki
mütəxəssislər üçün “K” viza kateqoriyası əlavə olunacaq. Yenilik
“Xarici vətəndaşların ölkəyə giriş-çıxışının idarə edilməsi
haqqında” Əsasnaməyə edilən dəyişikliklərin tərkib hissəsidir.
Qeyd edilir ki, qərar 2025-ci il oktyabrın 1-dən qüvvəyə
minəcək.