Avropa İttifaqı turistlərlə bağlı yeni sistem tətbiq edəcək

Baş səhifə

Bakı. Trend:

Avropaya səyahət edən turistlər 12 oktyabr 2025-ci il tarixindən
etibarən sərhəd nəzarəti prosedurlarında əhəmiyyətli
dəyişikliklərlə üzləşəcəklər.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki,Avropa İttifaqı üzv olmayan ölkələrin
vətəndaşları üçün pasportlardakı ənənəvi möhürləri rəqəmsal
biometrik skanerlə əvəz edən yeni Giriş/Çıxış Sistemini (EES)
istifadəyə verəcək.

Məlumata görə, əcnəbilər biometrik məlumatları təqdim etməkdən
imtina edə bilməyəcək, əks halda, ölkəyə giriş qadağan
ediləcək.




Sistem Kipr və İrlandiya istisna olmaqla Aİ-nin bütün üzv
dövlətlərində, həmçinin İttifaqa daxil olmayan dörd Şengen
ölkəsində – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyət
göstərəcək.

Qeyd edilir ki, sonuncu yenilik 2026-cı ilin sonunda baş
verəcək. Sistem Aİ üzvü olmayan ölkələrdən olan səyahətçilərdən
Şengen zonasına getməzdən əvvəl 20 avro rüsum ödəməyi və əvvəlcədən
icazə almağı tələb edəcək.