Azərbaycanda fəxri adlara görə 4 min 716 nəfərə təqaüd verilir

Baş səhifə

2025-ci il iyul ayının 1-i vəziyyətinə görə, Azərbaycanda fəxri adlara görə 4716 nəfər təqaüd alır.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, onlardan 246-sı “Xalq” Fəxri adına görə, 4470-i isə “Əməkdar” Fəxri adına görə təqaüd alır.

Qeyd edək ki, “Xalq” Fəxri adına görə təyin olunan məbləğ 200 manat, “Əməkdar” Fəxri adına görə isə 150 manatdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir