ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Avropa ölkələri
ilə birlikdə Ukraynaya təhlükəsizlik zəmanəti təklif etməsi
imkanının mövcud olduğunu açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə o, Alyaskada rusiyalı həmkarı Vladimir
Putinlə görüşə gedərkən təyyarədə jurnalistlərə deyib.

Lakin o, bu zəmanətin NATO şəklində olmayacağını bildirib.




O, sülh sazişinin bir hissəsi kimi Putinə torpaq güzəştə
gedib-getməyəcəklərinin ukraynalıların ixtiyarında olacağını
deyib.

“Düşünürəm ki, onlar düzgün qərar verəcəklər. Mən burada Ukrayna
üçün danışıqlar aparmaq, onları masa ətrafına yığmağa gəlmişəm”, –
deyə Tramp əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir