İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində daha 42 şübhəli saxlanılıb

Baş səhifə

Bakı. Trend:

İstanbul Böyükşəhər Bələdiyyəsi və Türkiyənin müxalif
Cümhuriyyət Xalq Partiyasının bəzi digər bələdiyyələrinə qarşı
aparılan korrupsiya istintaqı çərçivəsində Beyoğlu Bələdiyyəsinin
başçısı İnan Güneyin də aralarında olduğu daha 42 şübhəli
saxlanılıb.

Trend xəbər
verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən həbs edildikdən
sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı vəzifəsindən
uzaqlaşdırılan Əkrəm İmamoğlunun da aralarında olduğu
təqsirləndirilən şəxslər barəsində cinayət təşkilatına rəhbərlik
etmək, cinayət təşkilatına üzv olmaq, vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək mənfəət əldə etmək, rüşvət, xüsusi dələduzluq,
şəxsi məlumatları qanunsuz yolla ələ keçirmək və tenderə müdaxilə
edərək saxtakarlığa yol vermək ittihamları ilə aparılan istintaq
davam edir.

Bu çərçivədə aparılan araşdırmalarda bir sıra dələduzluq
əməliyyatlarında iştirak etdiyi müəyyən olunan İnan Güneyin də
daxil olduğu 35 şübhəli müəyyənləşdirilib.




Daha 9 nəfərin isə maddi qazanc məqsədilə cinayət təşkilatının
sosial media strukturu ilə əlaqələsi aşkarlanıb. Şəxsiyyətləri
müəyyən edilən 44 təqsirləndirilən barəsində həbs qərarı
çıxarılıb.

Bu istiqamətdə eyni vaxtda keçirilən əməliyyat nəticəsində
şübhəlilərdən 42-i saxlanılıb. İstintaq davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir