Tramp Lukaşenko ilə Putinlə gözlənilən görüşünü müzakirə edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr
Lukaşenko ilə telefonla danışıb.

Trend-in
məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsindəki
səhifəsində yazıb.




Tramp bildirib ki, zəngin məqsədi 16 məhbusun azadlığa
buraxılmasına görə ona təşəkkür etmək olub və o, əlavə məhbusların
azad edilməsini də müzakirə etdiklərini bildirib.

“Söhbətimiz çox gözəl keçdi. Biz bir çox mövzular, o cümlədən
Prezident Putinin Alyaskaya səfəri barədə danışdıq. Mən gələcəkdə
Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə
Tramp qeyd edib.