Britaniyada hava limanında iki təyyarə toqquşub

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş
zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr
yaranıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Mançesterdən Cəbəllütariq
istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına
yollanan reys taksi hərəkəti zamanı bir-birinə toxunub.




Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə
dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması
aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan
olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir