
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə
Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqlarının “çox yaxşı”
keçəcəyinə əmindir.
Trend-in
məlumatına görə, bunu ABŞ prezidenti Vaşinqtondan Ankoricə gedərkən
təyyarəsinin göyərtəsində “Fox News”a müsahibəsində deyib.
“Prezident Putinlə görüşmək üçün Alyaskaya gedirik. Və düşünürəm
ki, bu, çox yaxşı nəticə verəcək”, – deyə D.Tramp bildirib.
Eyni zamanda, o, bir daha qeyd edib ki, indiki Rusiya-Amerika
sammiti uğurlu olmasa, tezliklə Vaşinqtona qayıtmağa hazır
olacaq.

