“Apple” şirkəti dünyanın ən bahalı brendləri siyahısına başçılıq edir

Baş səhifə

Bakı. Trend:

“Apple” şirkəti 2025-ci ildə dördüncü il dalbadal dünyanın ən
bahalı brendləri reytinqinə başçılıq edir.

Trend-in
məlumatına görə, bu barədə “BrandZ Top 100 Most Valuable Global
Brands” hesabatına bildirilib.

Onun qiyməti bir il ərzində 28% artaraq 1,3 trilyon dollara
çatıb.




Bunun ardınca, əvvəlki ildə olduğu kimi, dəyəri 25 faiz (944,1
milyard dollara qədər) artmış “Google” şirkəti (Alphabet Inc.
holdinqi), “Microsoft Corp.” (24% (884,8 milyard dollara qədər
artım)), “Amazon.com Inc.” (50% (866,1 milyard dollara qədər
artım)) gəlirlər.

“Nvidia Corp.” brendi beşinci yerə yüksəlib, şirkətin dəyəri 2,5
dəfə artıb (509,4 milyard dollar). Onun ardınca müvafiq olaraq
300,7 milyard dollar və 229 milyard dollar dəyərlə “Facebook” və “Instagram” gəlirlər.