
Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş ABŞ və Rusiya prezidentləri
Donald Tramp və Vladimir Putin arasında Alyaskanın Ankoric
şəhərində keçiriləcək görüşü izləməyi planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi
nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib
“Bəli, təbii ki, o da bizim kimi izləyəcək”, – deyə o, müvafiq
suala cavab olaraq bildirib.