Ukrayna Alyaskada Putin-Tramp görüşünü qiymətləndirmək üçün məyarları açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Ukrayna Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald
Trampın Alyaskada keçirilən görüşünün nəticələrini bir neçə meyar
əsasında qiymətləndirəcək.

Trend-in
məlumatına görə, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin
müşaviri Mixaylo Podolyak özünün “Telegram” kanalında yazıb.




Onun sözlərinə görə, ilk növbədə, Ukrayna dərhal, qeyd-şərtsiz
və tam atəşkəs gözləyir. Rusiya və ABŞ həmçinin Kiyev və Avropa ilə
Moskvanın veto hüququ olmadan gələcək sülh prosesinin prinsipləri
barədə razılığa gəlməlidir. Podolyakın sözlərinə görə, Ukrayna
nümayəndələri ilə danışıqların üçtərəfli formatı baş
tutmalıdır.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir