Tramp və Putin mətbuat konfransı keçirir – YENİLƏNİB 3

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış edirlər.

“Report” xəbər verir ki, prezidentlər sinxron tərcümə vasitəsilə anlaşırlar.

Putin Trampla danışıqların konstruktiv və faydalı keçdiyini bildirib.

2025-08-16 02:28

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatıb.

“Report” xəbər verir ki, görüş 3 saatdan çox davam edib.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.

İki ölkə liderinin mətbuat konfransında çıxış etmələri gözlənilir.

2025-08-15 23:33

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

Report” xəbər verir ki, Elmendorf-Riçardson hərbi bazasındakı otaqlardan birində keçirilir.

Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.

Qeyd edək ki, Putin və Tramp danışıqların əvvəlində mətbuata hər hansı şərh verməkdən çəkinib və medianın suallarını cavablandırmayıb.

2025-08-15 23:14

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə, demək olar ki, eyni vaxtda təyyarələrindən eniblər.

Report” xəbər verir ki, liderlər əl sıxışaraq bir-birlərini salamlayıblar.

Qısa söhbət etdikdən və şəkil çəkdirdikdən sonra onlar eyni avtomobildə görüşün keçiriləcəyi məkana yollanıblar.

Spread the love