ABŞ Rusiyanın ticarət tərəfdaşlarına rüsumlar tətbiq etməyə bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, Vaşinqton Rusiyanın
ticarət tərəfdaşlarına idxal rüsumları tətbiq etməyəcək.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti “Fox News” telekanalına
müsahibəsində bildirib.

Hindistanın Rusiyadan neft və neft məhsullarını alması ilə
əlaqədar ona əlavə 25% rüsum tətbiq edilməsini şərh edən Tramp
iddia edib ki, Rusiya “neft [alan] müştərisini itirib”. ABŞ
prezidentinin sözlərinə görə, Çin və “digər ölkələr” də Rusiyadan
enerji daşıyıcılarını alırlar.




“Əgər mən ikinci dərəcəli sanksiyalar və ya ikinci dərəcəli
rüsumlar deyilənləri tətbiq etsə idim, bu, onların
nöqteyi-nəzərindən dağıdıcı olardı”, – deyə D.Tramp bildirib.

“Əgər bunu etməyə məcbur olsam, edəcəm. Ola bilsin ki, bunu
etməyə məcbur olmayacam”, – deyə o əlavə edib.