KİV: Trampla Putin arasında nəzərdə tutulan işgüzar yemək ləğv edilib

Baş səhifə

ABŞ Prezidenti Donald Trampla Rusiya həmkarı Vladimir Putinlə Alyaskadaki görüşündə nəzərdə tutulan işgüzar nahar yeməyi ləğv edilib.

“Report”un məlumatına görə, bu barədə NBC telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, naharda həmçinin ABŞ-nin bir neçə yüksək rütbəli rəsmi şəxsinin iştirakı nəzərdə tutulurdu. Lakin görüşdən sonra liderlər dərhal mətbuat konfransına keçmək qərarına gəliblər.

Qeyd edək ki, artıq ABŞ və Rusiya prezidentləri müvafiq olaraq Vaşinqton və Moskvaya yola düşüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir