Lionel Messi zədəsini sağaldıb

Baş səhifə

ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi zədəsini sağaldıb.

“Report” ESPN-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.

Mütəxəssis təcrübəli oyunçunun durumunun yaxşı olduğunu bildirib:

“O, artıq komanda ilə məşq edir. Gözlənilməz heç nə baş verməsə, növbəti matçda heyətdə olacaq”.

Qeyd edək ki, “İnter Mayami” MLS-nin növbəti turunda “Los-Anceles Qelaksi” ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 03:30-da start götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir