Kamçatkada üç ardıcıl zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Kamçatka vilayətinin
Petropavlovsk-Kamçatsk şəhərindən 252 kilometr aralıda 5.1 bal
gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki
Xidmətinin Kamçatka filialı məlumat yayıb.




Bundan bir neçə dəqiqə əvvəl isə Petropavlovsk-Kamçatsk
şəhərindən 123 kilometr məsafədə 5 maqnitudalı zəlzələ qeydə
alınıb. Zəlzələnin episentri 35.7 kilometr dərinlikdə yerləşib.

Daha əvvəl isə Petropavlovsk-Kamçatskdan 227 kilometr məsafədə
4.8 maqnitudalı zəlzələ baş verib.