
Bakı. Trend:
İranın mövqeyi həmişə Azərbaycan və Ermənsitan arasında sülhü
dəstəkləmək olub.
Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi
yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hətta İran iki ölkə arasında sülhün
yaranmasına çalışıb. Lakin İran istənilən formada əcnəbi müdaxiləyə
qarşı olub və bunun mənfi nəticələrə səbəb olacağını bildirib.
İranın nigaranlığı ilə əlaqədar Ermənistan İranı arxayın edib.
Araqçi bildirib ki, ABŞ prezidenti Donald Trampın iştirakı ilə
Azərbaycan və Ermənistan arasında imzalanan bəyanatda qeyd olunub
ki, regionun sərhədləri dəyişilməzdir. Region ölkələrinin
müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılır. Bu isə İranın
mövqeyi ilə tam üst-üstə düşür.
“Bir sıra tərəflər var ki, bir müddətdir İranın Azərbaycanla
münasibətlərini korlamağa çalışırlar. İndi də İranın Ermənistanla
münasibətlərini korlamağa çalışırlar”, – deyə o qeyd edib.

