Zelenski Vaşinqtonda Trampla görüşəcək

Baş səhifə

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ prezidenti
Donald Trampla görüşəcək.

Trend-in
məlumatına görə, bu barədə Zelenski “X” sosial şəbəkəsindəki
səhifəsində yazıb.

“Bazar ertəsi Vaşinqtonda prezident Trampla görüşərək qətllərə
və müharibəyə son qoyulması ilə bağlı bütün təfərrüatı müzakirə
edəcəyəm. Dəvətə görə minnətdaram”, – o deyib.

Zelenski prezident Trampla son telefon danışığından da söz
açıb:




“Avropa liderlərini bizə qoşulmağa dəvət etməzdən əvvəl təkbətək
danışıqlara başladıq. Bu zəng bir saat yarımdan çox çəkdi, o
cümlədən, prezident Trampla ikitərəfli söhbətimiz təxminən bir saat
davam etdi”.

“Ukrayna sülhə nail olmaq üçün maksimum səylə işləməyə hazır
olduğunu təsdiqləyir. Prezident Tramp Rusiya lideri ilə görüş və
onların müzakirəsinin əsas məqamları barədə məlumat verib. ABŞ-nin
təsirinin vəziyyətin inkişafına təsir etməsi vacibdir.

Biz prezident Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli
görüşün keçirilməsi təklifini dəstəkləyirik. Ukrayna vurğulayır ki,
əsas məsələləri liderlər səviyyəsində müzakirə etmək olar və
üçtərəfli format buna uyğundur”, – Zelenski əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir