Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verilib

Baş səhifə

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Vahid oğlu Qurbanova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Ceyhun Həsən oğlu Nəbiyevə

polkovnik Azər Əliyusif oğlu Şirinova.