Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələdə 729 tikiliyə ciddi ziyan dəyib

Baş səhifə

Bakı. Trend:

Avqustun 10-da Türkiyənin Balıkesir vilayətinin Sındırgı
rayonunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində dəyən
zərərin hesablanması işləri başa çatıb. Hesablamalara əsasən
yeraltı təkanlar nəticəsində ümumilikdə 729 tikilinin ağır zədələ
aldığı müəyyən olunub.

Trend xəbər
verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim
dəyişikliyi naziri Murat Kurum bildirib.




Onun sözlərinə görə, yeraltı təkanlar zamanı Balıkesirdə 624
tikili, zəlzələdən təsirlənən Manisada isə 105 tikili ağır
zədələnib.

Nazir qeyd edib ki, ağır zədələnmiş binalar vaxt itirilmədən
söküləcək və yenidən tikinti işlərinə başlanılacaq. ilkin mərhələdə
Sındırgıda may ayında inşası başa çatdırılaraq 100 evin istifadəyə
verilməsi planlaşdırılır.