Yazıçı Vidadi Babanlı vəfat edib

Baş səhifə

Yazıçı Vidadi Babanlı bu gün günorta saatlarında 98 yaşında vəfat edib.

Bu barədə APA-ya qızı Leyli Babanlı məlumat verib.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsil alıb. “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.

Sonradan C. Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, “Yazıçı” nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeiridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir