İtaliya klubu “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır

Baş səhifə

İtaliyanın “Atalatan” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”də çıxış edən Tayrell Malasia ilə maraqlanır.

“Report” “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 25 yaşlı müdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.

“Atalanta”dan başqa Səudiyyə Ərəbistanı komandaları və Şotlandiyanın “Seltik” kollektivi də oyunçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, niderlandlı oyunçu cari ilin fevralından icarə əsasında PSV-də çıxış edib. O, 12 matçda meydanda olub. Müdafiəçinin Mançester təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir